Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı

17.11.2020 19:10 1 026
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırıb.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Birdəfəlik ödəmə 10 şəhər və rayon üzrə 96 min 587 nəfərə ödənib.

Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub.скачать dle 11.3
Mojo.az Banner