Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Elmira Axundova Dağlıq Qarabağ münaqişəsi barədə Ukrayna televiziyasına danışıb - VİDEO

14.11.2020 18:49 1 062
Elmira Axundova Dağlıq Qarabağ münaqişəsi barədə Ukrayna televiziyasına danışıb - VİDEO
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Dağlıq Qarabağ münaqişəsi barədə yerli telekanala danışıb.

“Ukrayna” telekanalında yayımlanan “Savik Şusterlə söz azadlığı” tok-şousuna qoşulan səfir son baş verənlərin hər kəsin qəbul etməli olduğu yeni reallıq adlandırıb.

Səfir münaqişənin həllində Ankaranın roluna gəldikdə Türkiyənin Rusiya ilə yanaşı iştirak edəcəyini və burada təəccüblü bir şey olmadığını dedi:

“Bəs kim olmalıdır? Onlar bu münaqişənin həllində maraqlı olan iki ən yaxın ölkədir, ən yaxın qonşulardır”.

Elmira Axundova Azərbaycanın bu müharibəyə çoxdan hazırlaşması ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, torpaqları uzun müddət işğal altında olan bir ölkə kimi Azərbaycan tərəfinin hazırlıqlı olmasını təbii hesab edilməlidir.

“Bununla belə qarşı tərəf dəfələrlə sülhə çağırılıb. Onların da daha sərfəli şərtlərlə sülhə gəlmə şansı olub, onlar isə bunun əvəzinə mina sahələri düzəldiblər”.

Müsahibəsinin sonunda isə diplomat Qarabağda mədəni və tarixi abidələrə qarşı erməni vandallığını xatırladaraq, özlərini “Adəm və Həvvadan bəri gələn bir xalq” adlandıranların sözləri ilə hərəkətlərinin tam ziddiyyət təşkil etdiyini vurğuladı.скачать dle 11.3
Mojo.az Banner