12:07 Zəfər Parkı və Zəfər Muzeyi "PAŞA Holdinq" tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi  |     12:00 "Gunvor" "LUKOIL"la sövdələşmədən imtina etdi  |     12:00 Türkiyədə mərc oyunlarına görə 17 hakim və 1 klub prezidenti saxlanılıb  |     11:56 2026-cı ilin büdcəsi ilə bağlı parlament komitələrinin birgə iclası keçirilir  |     11:55 Yol polisindən qeyri-iş günləri ilə bağlı MÜRACİƏT  |     11:42 Bu gün qısa iş günüdür  |     11:39 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək  |     11:34 FHN gücləndirilmiş iş rejimində çalışacaq  |     11:29 Azərbaycanın “Uşaq Avroviziya 2025” səhnəsini Mads Enggaard quracaq  |     11:23 Beyləqanda ata 31 min manat aliment borcuna görə həbs olundu  |     11:18 Yenidoğulmuş körpənin ölümünə görə həkimə elektron qolbaq taxıldı  |     11:14 Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atdı  |     11:09 Bakı Metropoliteni daha 15 yeni vaqonu xəttə buraxdı  |     11:02 Pakistanın baş naziri bu gün Azərbaycana gəlir  |     11:00 Azərbaycanda baş redaktor vəfat edib  |     23:01 Plastik əməliyyat etdirmək istəyənlərə XƏBƏRDARLIQ  |     22:56 Uğursuz satışlara baxmayaraq, "iPhone Air 2" istehsalı davam edəcək  |     22:50 Nazir nömrələrlə bağlı tarifləri təsdiqlədi - Foto  |     22:44 Bakının bu qəsəbəsində ət ucuzlaşdı - QİYMƏT  |     22:39 Azərbaycanda bu dövlət qurumu ləğv edildi  |    

Polad Bülbüloğlu: “Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib”

“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq üçün hələ tezdir, çünki erməni tərəfi öz yanaşmalarında destruktivlik nümayiş etdirir”.

Bu sözləri oktyabrın 21-də ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları üzrə TASS-a verdiyi müsahibəsində deyib.

“Hörmətli Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi belə bir dəvət edilməyib. Mənim fikrimcə uyğun şərait hələ yetişməyib”, - deyə P.Bülbüloğlu iki ölkə liderlərinin görüşə hazır olduqlarını bildirməsini nəzərə alaraq C.Bayramovun səfəri zamanı belə bir görüşün müzakirə olunub-olunmaması barədə suala cavab verib.

“Qarşı tərəf yanaşmalarında destruktivlik nümayiş etdirməyə davam edir və ona görə də indi bu barədə danışmaq üçün tezdir. Əgər belə bir təşəbbüs irəli sürülərsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək və bu barədə, əlbəttə ki, ictimaiyyətə məlumat veriləcək", - səfir əlavə edib.

O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan Qarabağla bağlı mövqeyini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl TASS-a verdiyi müsahibəsində Azərbaycanın hansı şəraitdə hərbi əməliyyatları dayandıra biləcəyini və bu münaqişənin yekun şəkildə necə həll oluna biləcəyini açıq şəkildə izah etdiyinə diqqət çəkib.

“Öz adımdan əlavə edə bilərəm ki, Azərbaycan beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyini qətiyyətlə müdafiə etməyə davam edəcək”, - P.Bülbüloğlu qeyd edib.

Səfir eyni zamanda, XİN rəhbəri Ceyhun Bayramovun da təsdiqlədiyi kimi Azərbaycanın Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiq qaldığını bildirib.

“Bu səfərin əsas məqsədi Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq, Ermənistanı sülhə məcbur etmək, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı və tam şəkildə tənzimlənməsi üçün şəraitin yaradılması ilə bağlı məsələlərin müzakirəsidir”, - deyə səfir qeyd edib.

“Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiq olduğunu təsdiqləyib”, - diplomat qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            768 21.10.20 21:58