14:23 ABŞ-də neft emalı zavodunda partlayış: Yaralananlar var  |     14:22 "TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - Video  |     14:16 Ramiz Mehdiyevin həyat yoldaşı da işdən çıxarıldı - YENİ TƏYİNAT  |     13:58 Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı  |     13:57 Vilayət Eyvazov Kürdəmirdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video  |     13:54 Bakı metrosunun bəzi stansiyalarında YENİ ÜSULLA ödəniş mümkündür  |     13:44 Dövlət Yol Polisi sürücülərə müraciət edib  |     13:32 Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu  |     13:31 Ötən ay 8 milyon manatdan çox qaçaqmal aşkar edilib  |     13:28 Dembele "Bavariya" ilə oyuna hazırlaşır  |     13:11 Salyanda 2-ci sinif şagirdi vəfat edib  |     22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |    

“Şuşaya gedəndən sonra ömrüm 3-5 il uzanar” - 28 ildən sonra bitən həsrət - VİDEO

Şuşa şəhərininin sakinləri olan Allahverdiyevlər ailəsi qazanılan zəfərdən sonra 28 ildir uzaq düşdükləri evlərinin foto və videoları ilə xatirələrini təzələyiblər.

ARB Xəbər komandası həmin Allahverdiyevlər ailəsi ilə bağlı maraqlı süjet hazırlayıb.

Şuşalı Kəmalə Cahidqızı deyir:

“Bura bizim qədim şuşalılar, qalalılar bazar başı meydanı deyirdilər. Necə Bakının “Tarqovu”su, bura da elə. Bir az bekar qalan kimi şuşalılar çıxırdılar meydana gəzməyə. Elə hündür, sıx ağaclar var idi... Hamısını kəsiblər. Bu binanın üçüncü mərtəbəsində mənim iş yerim idi. “Şuşa” qəzetinin redaksiyası orada yerləşirdi. Bir dəfə bizə dedilər ki, orada bir Qızıl qaya var. Ondan soruşursan ki, Qızıl qaya qızılın var, o da sənə cavab verir ki, var. Biz də çox sadəlövhcəsinə qışqırırdıq ki, qızılın var səsimiz əsk-səda verirdi - var, var.

Mən dərk elədim ki, Şuşaya qayıdanda özümü elə oradan çıxdığım yaşda hiss edəcəyəm, mənə elə gələcək ki, məktəbi yeni bitirmişəm. Ondan sonrakı hissəsini yaşamamışam. Şuşa mənim qayğısız uşaqlığım idi, yaşaya bilmədiyim gəncliyim idi. İnşallah ki, indi də qayğısız qocalığım olacaq”.

Şuşalılar indi 28 ildir olmadıqları qədər sevincli və xoşbəxtdilər. Artıq bu insanlar Şuşada ilk gedəcəkləri yerləri də müəyyənləşdiriblər.

Cahid Allahverdiyev deyir ki, görmək istədiyi ilk şey valideyinlərinin məzarıdır:

“Ondan sonra Cıdır Düzü, İsa bulağı, Topxana meşəsini görmək istəyirəm. Düşünürdüm ki, yaşımın bu vaxtında vətənimdən bixəbər gedəcəyəm. Öz-özümə deyirəm ki, Şuşaya gedəndən sonra bəlkə 3-5 il də ömrüm uzanar”.

Adilə Allahverdiyeva Şuşa ilə bağlı fotolarının qalmamasından şikayət edir:

“Getdiyimiz, gəzdiyimiz yaylaqlardan, bulaqlardan bircə dənə də şəkilimiz qalmayıb ki, nəvələrimizə göstərək, deyək, bax, biz belə yaşamışıq. Ağlımıza gəlməzdi ki, başımıza belə bir şey gələr”.

Bir vaxt “qayıdarıq” deyib çıxdıqları Şuşaya Allahverdiyevlər ailəsi yenidən qayıdacaq. Amma düz 28 il sonra. Yəqin ki, indi nə şəkillərini, nə də evlərini qoyduqları kimi tapacaqlar. İndi onları donmuş kadrlardan, daş binadan daha böyük canlı, azad Şuşa gözləyir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            858 13.11.20 22:00