Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA

12.11.2020 11:34 939
Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA
“Azərbaycan işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur”.

Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:

“İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar”.

O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:

“Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq”.

“Digər tərəfdən - Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.

Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner