Mojo.az Banner
16:54 Bakıda bu evlər suyun içindədir - Video  |     16:46 İrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası  |     16:23 Bu xəstəxanaya baş həkim təyin edildi  |     16:09 Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü  |     15:56 Ucarda yol qəzası olub, xəsarət alan var  |     15:31 "Hizbullah"ın rəhbərlərindən biri öldürüldü  |     15:17 Günəşdə güclü partlayış baş verib  |     14:51 Azərbaycanın Syerra Leone ilə oyunu hansı kanalda yayımlanacaq?  |     14:50 Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı  |     14:44 Banklarda yeni qayda qüvvəyə mindi  |     14:43 Yol polisi tətildən qayıdan sürücülərə müraciət edib  |     14:42 Temperatur 20 dərəcəyədək artacaq - Hava proqnozu  |     13:46 Bu şəxslərin övladlarına 140 manat verilir  |     13:38 Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı - "Sistemli və amansız cinayətlər törədilib"  |     13:37 Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ  |     13:35 Su basmış ərazilərdən 454 nəfər təxliyə edilib - VİDEO  |     13:29 Sumqayıtda mebel sexində YANĞIN - Video  |     13:19 U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaq  |     13:13 Əfqanıstanda daşqınlar 17 nəfərin ölümünə səbəb olub  |     13:10 Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - Video  |    
Left Banner
Right Banner

Ukrayna polisi Azərbaycanın Ukraynadakı nümayəndəliyinin mühafizəsini gücləndirir

07.11.2020 18:08 1 527
Ukrayna polisi Azərbaycanın Ukraynadakı nümayəndəliyinin mühafizəsini gücləndirir
Ukrayna polisi Xarkovdakı hadisədən sonra Azərbaycanın ölkədəki rəsmi nümayəndəliklərinin mühafizəsini gücləndirəcək.

Bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko məlumat verib.

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri polisin himayəsinə götürüləcək. Hər kəsi, xüsusən diaspor nümayəndələrini Ukraynada olan hər iki dövlətin vətəndaşlarını tolerantlığa çağırırıq”, - Klimenko deyib.

Onun sözlərinə görə, polis Azərbaycan konsulluğunun atəşə tutulmasında iştirak edənlərin tutulması üçün hər şeyi edəcək.

Klimenko bu hadisəni “vəhşi cinayət” adlandırıb.

Xatırladaq ki, iki naməlum şəxs Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına atəş açıb.

Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başladılıb.скачать dle 11.3
Mojo.az Banner