16:45 Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini təltif etdi  |     16:33 Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu - VİDEO  |     16:23 Türkiyə Ermənistanla sərhədi açır?  |     16:12 Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirdi  |     16:10 Dörd milyonluq dələduzluq cinayəti: Elariz Məmmədoğlunun kürəkəninə hökm oxundu  |     15:17 Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi  |     14:45 Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı  |     14:14 Türkiyənin müdafiə naziri hərbi paradı izləmək üçün Bakıya səfər edəcək  |     14:04 Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI  |     13:48 Sazda ifa edən, Azərbaycan dilində danışan amerikalı - Video  |     13:40 Çexiya ordusuna rekord sayda əsgər çağırılır  |     13:38 Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək? - Video  |     13:37 De Bruyne DÇ-2026-nı buraxa bilər  |     13:33 Ronaldu nə vaxtadək oynayacağını açıqladı  |     13:32 Günəşdə partlayışların sayı artacaq - Alimlərdən XƏBƏRDARLIQ  |     13:26 Parlamentdə büdcə müzakirəsi başlayır  |     13:21 Sabahın hava proqnozu AÇIQLANDI  |     13:11 Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi  |     12:53 Yevlaxda 14 yaşlı qızın əməliyyatda ölməsi ilə bağlı iki həkimə hökm oxunub  |     12:10 Qaradağ İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA OLUNUB  |    

Ermənilərdən çirkin təxribat: Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoydular - VİDEO

Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana altı güllə dəyib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər.

Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında birbaşa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil.

Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs İslam mərkəzinin qarşısına, eləcə də, Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub.

Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir nəfər tərəfindən “müsəlmanların xristianlara qarşı pis münasibətinə” və “Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə” cavab olaraq törədilib.

Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymaması, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 026 07.11.20 14:33