Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər bəzi Azərbaycan məscidlərini “fars” məscidləri kimi təqdim edirlər

05.11.2020 22:32 1 149
Ermənilər bəzi Azərbaycan məscidlərini “fars” məscidləri kimi təqdim edirlər
İşğal edilmiş ərazilərimizdəki bəzi Azərbaycan məscidləri "fars" məscidləri kimi təqdim edilir.

Median.Az
bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Ermənistan vandalizm hərəkətlərini gizlətmək üçün bir çox məkrli addımlar da atır. Bu addımlar sırasında açıq-aşkar sıradan çıxarılması mümkün olmayan Azərbaycan məscidlərinin və abidələrinin digər xalqların maddi-mədəni irs nümunələri kimi təqdim edilməsi xüsusilə təhlükəli bir tendensiyadır:

"Təəssüf ki, bir çox hallarda Ermənistan tərəfi belə abidələrin "bərpası" prosesində qonşu İran İslam Respublikasını da cəlb edə bilib. Azərbaycan məscidlərini "fars məscidləri" kimi təqdim etməklə bu ölkəyə yarınmağa çalışan Ermənistan hətta bəzi dini tikililərin İran memarlarının iştirakı ilə "restavrasiyası"na şərait yaradır. Heç də təsadüfi deyildir ki, 2016-cı ilin dekabr ayında ermənilər İrandan olan şəxsləri də cəlb etməklə Şuşa şəhərindəki növbəti "fars dini tikilisi"nin - Yuxarı Gövhərağa məscidinin "Qarabağın erməni xalqının tarixi mülkiyyəti" kimi bərpasına başlamışlar".

E.Kəlbizadə qeyd edib ki, ermənilər işğal edilmiş ərazilərimizdəki kənd məscidlərini daha çox dağıdıblar.

O əlavə edib ki, işğal edilmiş ərazilərdə məscidlərin yerlə yeksan edilməsi, onlardan müxtəlif heyvanların saxlanılması üçün istifadə edilməsi, vaxtilə xristian albanlar - azərbaycanlılar tərəfindən yaradılmış abidələrin "restavrasiyası" adı altında tarixinin saxtalaşdırılması və erməniləşdirilməsi, saxtalaşdırılması mümkün olmayan abidələrin dağıdılmış, baxımsız vəziyyətdə saxlanılaraq təbii amillərin təsiri altında yararsız və qəzalı vəziyyətə düşməsinə şərait yaradılması, işğal edilmiş ərazilərdəki məzarlıqlarda müsəlman məzarlarının təhqir edilməsi, dağıdılması yüzlərlə faktlar, video və foto materiallarla təsdiqlənir. Bu isə terrorizmlə yanaşı, vandalizmin də Ermənistanın dövlət siyasətinə çevrildiyini göstərir.скачать dle 11.3
Mojo.az Banner