Mojo.az Banner
12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman: “Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 11 uşaq ölüb, 48 uşaq yaralanıb”

05.11.2020 20:20 1 194
Ombudsman: “Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 11 uşaq ölüb, 48 uşaq yaralanıb”
Noyabrın 5-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin (ENOC) sədri və Şotlandiyanın uşaq hüquqları Ombudsmanı Bryus Adamson ilə onlayn görüş keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Müvəkkil Bryus Adamsonu sözü gedən şəbəkənin rəhbəri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

S. Əliyeva daha sonra Avropa regionunda uşaq hüquqları sahəsində fəaliyyət göstərən Ombudsmanların birliyi qismində çıxış edən bu qurumun uşaq hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətinin önəmindən danışıb və qeyd edib ki, dünyanı cənginə alan COVID-19 infeksiyası ilə mübarizə zamanı əhalinin həssas qrupları içərisində yer alan uşaqların hüquqlarının təmininə xüsusi diqqət yetirilməlidir.

Müvəkkil, həmçinin pandemiya dövründə uşaq hüquqlarının səmərəli müdafiəsi istiqamətində görülmüş tədbirlər, bununla əlaqədar müvafiq dövlət qurumlarına müraciət ünvanladığı barədə məlumat verib.

S. Əliyeva 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması nəticəsində 11 uşağın həyatını itirdiyini, 48 uşağın yaralandığını, 4 uşağın isə hər iki valideynini itirdiyini qeyd edib.

Müvəkkil Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumlarına məruz qalması faktlarını beynəlxalq humanitar hüququn tələblərinin kobud pozuntusu kimi diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri nəticəsində dağılan mülki obyektlərin yerləşdiyi ərazilərdə Müvəkkil tərəfindən fakt-araşdırıcı missiyalar həyata keçirilib və araşdırmalar nəticəsində əldə olunan faktoloji materiallar əsasında 5 aralıq hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərilib.

Bildirilib ki, mülki şəxslərə qarşı yönəlmiş hücumların beynəlxalq ictimaiyyət tərəfindən qınanmaması, belə hallara düzgün hüquqi qiymət verilməməsi cavabdeh tərəfi daha da azğınlaşdırır. Müvəkkil Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və beynəlxalq humanitar hüququn, insan hüquq və azadlıqlarının kobud pozulmasının qarşısını almaq məqsədilə bəyanatlar verdiyini və mövcud vəziyyətlə bağlı aidiyyəti beynəlxalq qurumları məlumatlandırdığını qeyd edib.

Müvəkkil, həmçinin Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkən uşaqlarla bağlı yerində araşdırma aparmaq məqsədi ilə sözügedən qurumun rəhbərini və onun tövsiyə edə biləcəyi uşaq hüquqları sahəsində ixtisaslaşmış ekspertləri Azərbaycana dəvət edib.

Sonda Səbinə Əliyeva qeyd edib ki, beynəlxalq ictimaiyyət baş verən bu insan hüquqları pozuntularına biganə qalmamalı və müvafiq reaksiya verməlidir.скачать dle 11.3
Mojo.az Banner