Mojo.az Banner
22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |     20:42 Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək - VİDEO  |     20:36 Naftalanda 6 kq narkotik vasitə aşkarlandı  |     20:29 İyulda Azərbaycanda maksimal temperatur 41 dərəcə olub  |     20:23 Agentlik sədri bu xanıma vəzifə verdi  |     20:16 Bakıda "Ford" yandı  |     20:11 Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək  |     20:02 "Vəziyyəti daha da pisləşib" dedilər, Saakaşvili fotosunu yayımladı  |     19:57 Ana südü niyə əvəzolunmazdır? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Bakı İrəvanı cəbhəyanı kəndləri fosfor mərmiləri ilə atəşə tutmaqda ittiham etdi

05.11.2020 11:43 2 856
Bakı İrəvanı cəbhəyanı kəndləri fosfor mərmiləri ilə atəşə tutmaqda ittiham etdi
Azərbaycan istehkamçıları cəbhəyanı kəndlərdə qadağan olunmuş kasset sursatından istifadə edən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış ağ fosforlu bir neçə top mərmisi müəyyən ediblər.

Bu sözləri “RİA Novosti”yə müsahibəsi zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.

“Əks-hücum əməliyyatının başlandığı 27 sentyabrdan 3 noyabr tarixinədək yalnız mülki əhalinin yaşadığı yaşayış məntəqələri, şəhər və kəndlərə 945 əməliyyat səfəri həyata keçirildi. 317-dən çox partlamamış döyüş sursatı, 750-dən çox partlamış sursat, 1627 piyada əleyhinə mina, 200-dən çox tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib”, – deyə Q.Əhmədov bildirib.

Q.Əhmədov qeyd edib ki, sözügedən döyüş sursatları döyüş bölgəsindən kənarda və təmas xəttindən uzaq yaşayış məntəqələri ərazisində tapılıb.

ANAMA direktoru həmçinin agentliyin 13 “Elbrus”/SCUD tipli ballistik raketin qalıqlarını tapdığını bildirib. Həmin raketlərlə Gəncə, Mingəçevir, Qəbələ, Kürdəmir və digər şəhərlərə zərbələr endirilib.

“Həmçinin Azərbaycanın mülki əhalisinə qarşı istifadə edilmiş ağ fosfor tərkibli D-4 top mərmiləri tapılıb. Biz 8 oktyabrda Füzuli rayonunun Arayatlı kəndində mərmi tapdıq, dünən Tərtər rayonunda Əskipara kəndi yaxınlığında yaşayış evindən 150 metr məsafədə iki mərmi tapdıq. Həmçinin bu gün 122 mm-lik top mərmisi də tapılıb, mərmi yaşayış evinin həyətinə düşüb”, - Q.Əhmədov məlumat verib.

“Təəssüf ki, raketin döyüş başlığı zədələnib, bu isə onu məhv etmək üçün poliqona aparmağı mümkünsüz edir, buna görə də bu obyektin yerindəcə məhv edilməsi üçün operativ qərar verildi”, - ANAMA direktoru izah edib.

O, jurnalistlərin obyektin zərərsizləşdirildiyi əraziyə dəvət olunduqlarını və təhlükəsiz məsafədə dayanaraq bu barədə reportaj hazırladıqlarını təsdiqləyib.

“Düşmən, BMT-nin qətnamələri ilə mülki əhaliyə qarşı istifadəsi qadağan edilmiş kasset mərmilərindən istifadə edir. Bu, ilk hadisə deyil - eyni mərmilər Goranboy və Ağcabədi rayonlarında da tapılıb. Bu gün Goranboy rayonunun Meşəli kəndində yenidən mərmi parçaları tapılıb, bu gün-sabah jurnalistlər onları qeydə alacaqlar”, - Q.Əhmədov bildirib.

ANAMA direktoru söyləyib ki, sentyabrın 27-dən bu yana qurumun iki əməkdaşı vəzifə öhdəliklərini yerinə yetirərkən yaralanıb.

“Əməkdaşlardan biri Füzuli rayonunun Horadiz şəhəri artilleriya atəşinə tutulduğu zaman mərminin partlaması nəticəsində üç qəlpə yarası alıb və təcili şəkildə xəstəxanaya çatdırılıb. İki əməliyyatdan sonra vəziyyəti orta-ağır, lakin stabildir və sağalmağa doğru gedir.

İki gün əvvəl Cəbrayıl rayonunda bir əməkdaşımız Ermənistan istehsalı xarakterik qara rəngli tələ-minaya düşərək xəsarət alıb. Sol ayağı diz hissədən amputasiya edilib”, - deyə Q.Əhmədov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner