Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mən vətənim uğrunda ölməyə hazıram! - "Reuters"in Bakıdakı qaçqın şəhərciyindən reportajından

02.11.2020 20:37 864
Mən vətənim uğrunda ölməyə hazıram! -
Dünyanın nüfuzlu "Reuters" İnformasiya Agentliyi azərbaycanlı qaçqın və məcburi köçkünlərlə reportaj edib. Reportajda uzun illərdir vətən həsrəti ilə yaşayan insanların təəssüratları və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı məlumatlar yer alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Vətən həsrətini çəkən, Qarabağın sürgündəki azərbaycanlıları qayıtmaq üçün can atırlar" başlıqlı reportajda deyilir:

"Həsən Əhmədovun son bir arzusu var - anadan olduğu torpağa, 25 ildən çoxdur işğal altında olduğunu söylədiyi torpağa qayıtmaq.


Azərbaycanın paytaxtındakı bir qaçqın məhəlləsinin 80 yaşlı ağsaqqalı Həsən Ahmedov 29 oktyabr 2020-ci il tarixində evinin qarşısında müxbirlə danışır.
"Bu xəyal bir az daha yaxınlaşdı" deyən məcburi köçkün Cəbrayıl rayonunun işğaldan azad olunduğunu vurğuladı. Ağsaqqal Əhmədov "Doğma kəndimiz azad edildi" dedi:

"Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır".

Reportajda vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: "Qarabağ Azərbaycandır. Qarabağ bizimdir".

Reportaj zamanı yeganə oğlunu döyüşlərdə itirdiyini vurğulayan başqa bir müsahib Olga İsmayılova "oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq" deyir.

İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

"Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər."

Reportajla BURADAN tanış ola bilərsiz.
скачать dle 11.3
Mojo.az Banner