Mojo.az Banner
21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |     14:41 İranın Natanzdakı nüvə obyekti vuruldu  |     14:14 Bu ərazi qazsız qaldı  |    
Left Banner
Right Banner

Azərbaycanda kişi azyaşlı oğlunun gözü qarşısında arvadını vəhşicəsinə öldürdü

31.10.2020 14:40 1 155
Azərbaycanda kişi azyaşlı oğlunun gözü qarşısında arvadını vəhşicəsinə öldürdü
Dünən gecə Abşeron rayonu, Digah qəsəbə sakini, 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner