Mojo.az Banner
18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |     17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”

29.10.2020 19:08 2 746
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular, yaxud silahlılar haqqında məlumatlar dezinformasiya və “fake”dir.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Suriyadan gələn xarici muzdlular və ya silahlılarla əlaqəli hekayələr bəzi ölkələr tərəfindən yayılmış dezinformasiya nümunələridir.

“İndiyə qədər bu “fakenews”ları yayanlar tərəfindən heç bir dəlil irəli sürülməyib. Neçə ildir ki, demoqrafik böhrandan əziyyət çəkən və ölkənin silahlı qüvvələrini doldura bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan peşəkar və güclü, tam təchizatlı silahlı qüvvələrə malikdir. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xarici qüvvələrə, o cümlədən qeyri-qanuni birləşmələrə ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

Eyni zamanda o bildirib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin işğalı zamanı hərbi əməliyyatlarında terrorçu qrupların və muzdluların istifadəsi ilə bağlı Bakının bir çox faktı var.

“Bizdə PKK (Kürdüstan Fəhlə Partiyası - red.) terrorçularının, həmçinin Avropadan və Yaxın Şərqdən gələn ermənilərin Ermənistan tərəfində döyüşdüyünə dair bir neçə mənbəyə əsaslanan etibarlı kəşfiyyat məlumatlarımız var”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner