Mojo.az Banner
11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı terror siyasəti barədə yazdı - FOTO

28.10.2020 12:45 963
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı terror siyasəti barədə yazdı - FOTO
Kolumbiyanın aparıcı KİV-lərindən “Extra Bogota” və “HSB Noticias” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqda müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqları formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Son bir ay ərzində Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunanların Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Bildirib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin formulu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimzidən çıxarılmasıdır və beynəlxalq ictimaiyyətin bütün üzvləri təcavüzkar dövlətdən öz işğalçı siyasətindən əl çəkməsini, BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl edərək işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini tələb etməlidir.

Daha sonra ünvanlanan suallara cavab olaraq, səfir Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa və Şərq sivilizasiyalarının kəsişməsində yerləşməsi və hər iki bölgənin dəyərlərini özündə birşlədirməsi, mədəni müxtəlifliklə zəngin və fərqli etiqadlardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olması haqda məlumat verib.

Azərbaycanın tarixdə müsəlman Şərqində ilk demokrtatik respublikanın əsasını qoymaqla tarixdə iz buraxdığını qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, milli, dini və irqi bərabərlik, söz və toplaşmaq azadlığı, qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi normaları qəbul etməsi haqda danışıb. Müstəqillik ideyasının AXC-nin süqutundan sonra da Azərbaycan xalqının yaddaşından silinmədiyini, bu sayədə 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu qeyd edib.

Müstəqilliyin ilk illərində Azərbaycanın ölkədaxili siyasi gərginlik, dərin iqtisadi böhran və Ermənistanın hərbi təcüvüzü kimi problemlərlə qarşılaşdığını deyən diplomat, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası sayəsində ölkəmizin sürətli sosial-iqtisadi yüksəliş yaşadığını bildirib, bu xüsusda 2000-ci ildən etibarən ölkə iqtisadiyyatında 4 dəfəyə qədər artım qeydə alındığı, strateji valyuta ehtiyatlarının ÜDM-nin 90%-i keçdiyini, işsizlik və yoxsulluğun 5%-ə qədər endiyini və ölkəyə 200 milyard dollara qədər birbaşa xarici sərmayə yatırıldığını qeyd edib. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Baku-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi - TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və infrastruktur layihələri, habelə ölkə iqtisadiyyatının şəxələndirilməsi və qeyri-neft sektorunun inkişafı haqda məlumat verib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin inkişafına toxunan təmsilçimiz, xüsusilə ilə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, habelə kənd təsərrüfatı, energetika, turizm və sərmayə yatırımı sahələrində də əlaqələrin inkişafı üçün ciddi potensial olduğunu bildirib.

https://bogota.extra.com.co/noticias/nacional/azerbaiyan-se-convirtio-en-una-isla-de-estabilidad-desarroll-639108

https://hsbnoticias.com/noticias/nacional/azerbaiyan-se-convirtio-en-una-isla-de-estabilidad-desarroll-639112


скачать dle 11.3
Mojo.az Banner