Mojo.az Banner
SON DƏQİQƏ
23:18 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib - Foto  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: “Ermənistan PKK-çıları Şuşada yerləşdirib, onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”

27.10.2020 20:41 2 403
Hikmət Hacıyev: “Ermənistan PKK-çıları Şuşada yerləşdirib, onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”
“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var: “Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. Hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir”.скачать dle 11.3

Son xəbərlər