Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - VİDEO

27.10.2020 11:45 2 613
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - VİDEO
Bir neçə gün əvvəl iş adamı Fərid Novruzinin Hadrutda gedən döyüşlərdə əsgərin “İkiqapılı “Mercedes” avtomobili mənim xəyalım olub” deyən əsgərimizə maşın alması ilə bağlı xəbər vermişdik.

Fərid Novruzi özünün “Facebook” hesabında yazaraq bildirib ki, artıq həmin əsgəri tapıb:

“Dostlar, qəhrəman qardaşım tapıldı.

Allahın işinə baxın.

Öncədən onu deyim, qardaşımızı Allah saxlayıb.

Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib, onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı.

Və dünən...

Dünən səhər, “Facebook Messenger”imə bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun əlaqə vasitələrini göndərdi. Əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb.

Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən, belə igidlə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa, yaxşıdır?

Qardaş dedi ki, şəhərə gəlir, axşam görüşə bilərik.

İnanın, elə xoşbəxt idim, elə sevinirdim ki... Dünən axşam bir araya gəldik.

Qardaşın üzünü məlum səbəblərdən göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada, ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamısını mənimlə bölüşdü.

Bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni ikiqapılı maşın gözləyir.

Nə deyim. Vallah, belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!”скачать dle 11.3
Mojo.az Banner