Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert

26.10.2020 20:45 1 014
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Son vaxtlar Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər hərbi formalar geyinməyə başlayıb. Hətta hərbiyə aidiyyəti olmayan bəzi incəsənət nümayəndələri hərbi rütbəli formalar geyinməklə şəkil və videolar paylaşır, cəbhə bölgəsinə yollanırlar.

Median.Az xəbər verir ki, hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır: "Hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir".

Ekspert bildirib ki, bütün növ hərbi formaların daşıma icazəsi xidmət etdikləri və ya təxris olduqları müvafiq qurumların icazəsi əsasında tənzimlənir. Hərbi qulluqçular öz aidiyyəti qurumlarından tərxis olunduqda hərbi biletlərində müvafiq qeydlər bölməsində qeyd edilir ki, uniforma daşıya bilər və ya bilməz. Hər bir qurum öz səlahiyyətli olduğu ərazidə bu əsası yoxlamaqla yanaşı, ümumilikdə isə ölkə ərazisində uniforma daşıdıqda buna icazə olub- olmamasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.скачать dle 11.3
Mojo.az Banner