Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb - FOTO

26.10.2020 20:23 933
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb - FOTO
Pakistanda xarici ölkələrin səfirliklərinin yerləşdiyi diplomatik anklavda erməni terrorunun fəsadlarını əks etdirən xüsusi güşə yaradılıb

Median.Az
xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə bildirilib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının İslamabaddakı Səfirliyinin binası önündə yaradılmış güşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər.

Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər.

Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.

Güşəyə baş çəkən ziyarətçilər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər.

скачать dle 11.3
Mojo.az Banner