Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış zəngilanlılardan qələbə duyğuları: “Azərbaycan əsgəri işğal yaralarını sağaldır” - AÇIQLAMA

21.10.2020 17:55 2 274
Tanınmış zəngilanlılardan qələbə duyğuları: “Azərbaycan əsgəri işğal yaralarını sağaldır” - AÇIQLAMA
Dünən tarixi hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində ordumuzun Zəngilan rayonunun altı kəndini və Zəngilan şəhərini işğaldan azad etdiyini elan etdi.

Oxu.Az bununla bağlı Zəngilandan olan tanınmış şəxslərin duyğularını öyrənib.

Dilçi alim, professor Qulu Məhərrəmli bildirib ki, əzizlərinin uyuduğu məkanın artıq sənin əlində olması ayrı bir hissdir:

“Uşaqlığım, qaçdığım o Cıdırlar yenə gözlərimin önündə canlandı. Mən Qarabağ Müharibəsinin şahidi olmuşam. Cəbhə bölgələrindən reportajlar hazırlayır, səngərlərdə müsahibələr alırdım. Yəni hadisələrin içində idim.



Həmin döyüşlərdə həlak olan insanlarla tanış idim. İndi də danışanda onlar gözümün qabağından keçdi... Bizə bu sevinci yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlünün sözlərinə görə, dünən Zəngilan şəhərinin və bəzi kəndlərinin alınması zəngilanlılar üçün tarixi bir gün olub:

“Bu qələbə bizi köçkünlükdən xilas edən, ruhumuzu təzələyən universumdur. Azərbaycan ordusu zəfər zəngini Zəngilanda səsləndirdi. Məhz 27 ildən sonra Azərbaycan bayrağı Zəngilanda dalğalandı.



Bu xəbəri yolda eşitdim. Bu sevincin qarşısında yalnız göz yaşım axdı. Biz 27 ildir bu sevincin həsrətində idik. Bu sevinci yaşamağın özü də bir xoşbəxtlik imiş. Bu gün Azərbaycan əsgəri işğal yaralarını sağaldır.

Azərbaycan ordusunun zəfər yürüşü bizi Qarabağa aparır. Mən Ali Baş Komandan, cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna təşəkkür edirəm.

Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr mövcuddur. Zəngilanın işğaldan azad olunması bizə bəşər mədəniyyətinin töhfələrini qaytardı. Həmin abidələri erməni işğalçılarından xilas etdi. Yaşasın Azərbaycan ordusu, var olsun Ali Baş Komandan”.скачать dle 11.3
Mojo.az Banner