Mojo.az Banner
23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |     21:31 Alvares "Arsenal"ı rədd etdi  |     21:26 Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ  |     21:23 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıblar  |     21:16 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:11 Numan Kurtulmuş Azərbaycana gəlib  |     21:04 Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi  |     20:58 Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Polkovnik: “Ermənistanın qeyri-qanuni hərbi texnikasına rəğmən Azərbaycan ordusu qələbə qazanır”

21.10.2020 14:35 1 398
Polkovnik: “Ermənistanın qeyri-qanuni hərbi texnikasına rəğmən Azərbaycan ordusu qələbə qazanır”
Bu gün Azərbaycan ordusu 30 ildir Ermənistanın işğal altında saxladığı doğma torpaqlarını geri alır. Ard-arda qazanılan qələbələr isə Azərbaycan xalqının əzmini, ordumuzun isə döyüş ruhunu daha da artırır. Məhz bu məqamda bir məsələyə aydınlıq gətirmək yerinə düşər. Zaman-zaman səslənən “İllər boyu hərbiyə xərclənən milyardlar hanı?”, “Aldığımız hərbi texnikalar hanı?” ifadələr yəqin ki, sizin də rastınıza çıxıb. Bu gün rəşadətli Azərbaycan ordusunun qazandığı qələbələr düşünürəm ki, bütün bu suallara ən möhtəşəm cavabdır.

Mövzu ilə əlaqədar ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Oxu.Az-a açıqlamasında daha əvvəl alınan ən müasir hərbi texnikaların bu gün Azərbaycan ordusunun gücünü daha da artırdığını deyib:

“Azərbaycan ordusunun canlı qüvvəsinin gücünə-güc qatan müasir hərbi texnikalar bu gün itkilərin də azalmasına gətirib çıxarır. Əgər zamanında Azərbaycan ordusuna müasir hərbi texnikalar, silah-sursat alınmasa idi ordumuz bu gün texniki üstünlüyü əlində saxlamazdı. Yayılan videogörüntülərdən də görürük ki, cəbhə xəttindən qat-qat uzaqda şəxsi heyət döyüşə girmədən belə düşməni necə zəiflədir.

Düşmənin texniki atəş vasitələri darmadağın edilib. Bu da öz növbəsində onların döyüş qabiliyyətini azaldır. Müqavimətin azalması düşmən ordusunun şəxsi heyəti arasında canlı qüvvəsinin itkilərə məruz qalması deməkdir. Əgər düşmənin canlı qüvvəsi arasında itkilər artırsa, bu bizim döyüş tapşırıqlarımızı daha da uğurla yerinə yetirməyimizə zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə öz çıxışında Azərbaycan ordusuna alınan ən müasir hərbi texnikalardan, ordumuzun gücündən danışıb. Cəmiyyətimiz də gördü ki, bu illər ərzində alınan silah-sursat məhz bu günlər üçün idi. 30 illik bir düşmənin üzərinə getmək çətin məsələdir, böyük məsuliyyət tələb edir. Bunun üçün ən müasir silah-sursata ehtiyac var. Amma onu da qeyd etmək lazımdır ki, bu illər ərzində Azərbaycanda güclü, peşəkar sərkərdə, komandir heyəti yetişib. Onlar düşmənə maksimum zərbə endirməklə, şəxsi heyəti qoruyaraq, itkilərin sayını minimuma endirəcək döyüş üsuli seçirlər. Bunun səbəbkarı isə Ali Baş Komandanımızın orduya göstərdiyi diqqət və qayğıdır”.

Polkovnik Ş.Ramaldanov Ermənistan tərəfinin məhv edilən hərbi texnikasına və silah-sursata rəğmən mövcud silahların necə alınması və bu işə nəzarət edən qurumların laqeydliyi barədə də danışıb.

Hərbi ekspert bildirib ki, ölkə başçısı da öz çıxışında düşmənin bu qədər silah-sursatı haradan əldə etdiyinə dair sualların cavabını gözlədiyini qeyd edib:

“Bütün hərbi statistik məlumatlara əsaslansaq, artıq Ermənistanın hərbi texnikası məhv olmalı idi. Lakin biz görürük ki, onlar hələ də müxtəlif hərbi texnikalardan, silah-sursatdan istifadə edirlər. Bu da onu göstərir ki, Dağlıq Qarabağ ərazisində doğurdan da nəzarətdə olmayan və beynəlxalq qurumların nəzarətindən kənarda qalan silah-sursat, texniki vasitələr çoxdur.

Nə üçün beynəlxalq təşkilatlar buna nəzarət etməyib, təftiş etməyib bu da ayrı bir sualdır. Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu günə qədər də Azərbaycan beynəlxalq qurumların qarşısında bu məsələni qaldırırdı, lakin eşidən olmurdu. Amma bu gün hər kəs görür ki, rəsmi statistikada göstəriləndən qat-qat artıq hərbi texnikaları onlar gizlədiblər. Amma bu belə Azərbaycan ordusunun qarşısını ala bilmir. Ermənistanın qeyri-qanuni hərbi texnikasına rəğmən Azərbaycan ordusu qələbə qazanır. Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı tam yerinə yetirərək, bu bölgəni də beynəlxalq qurumlara açıq edəcək. O artıq Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində, bütün Azərbaycan qayda-qanunlarına tabe olacaq”.скачать dle 11.3
Mojo.az Banner