Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Semyon Peqov Qarabağdan qaçdı

20.10.2020 16:04 4 626
Semyon Peqov Qarabağdan qaçdı
“War Gonzo” layihəsinin müəllifi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət sərhədlərimizi qanunsuz keçmək və terrorçuluğa açıq çağırışlar ittihamı ilə cinayət işi açdığı Semyon Peqov Qarabağdan qaçıb.

S.Peqov özünün “Telegram” kanalında bildirdiyinə görə, hazırda o, Rusiyanın Xabarovsk şəhərindədir və orada xüsusi layihə üzərində çalışır.

Abunəçilərinə müraciət edən S.Peqov, Qarabağa qayıtmaq və cəbhədən videolar çəkmək niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər