Mojo.az Banner
22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |     20:54 Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı - 1 nəfər saxlanıldı  |     20:44 İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu  |     20:35 Bakıda bəy-gəlin rəqslərinin qiymətləri (SİYAHI)  |     20:22 Rəis müavini olmaq istədi, 64 min manat pul verdi  |     20:17 "Qəbələ"də portuqaliyalı vinger - Rəsmi  |    
Left Banner
Right Banner

Daha bir düşmən dronu zərərsizləşdirildi - RƏSMİ + FOTO

19.10.2020 10:44 1 353
Daha bir düşmən dronu zərərsizləşdirildi - RƏSMİ + FOTO
Dünən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Xızı, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 22 (iyirmi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki və Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub.

Bununla bağlı agentlik məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Qaraxanlı, Şənlik kəndləri, Ağdam rayonunun Alıbəyli, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Ballı kəndləri, Tərtər rayonunun Buruc, Əskipara, Düyərli, Hüsənli kəndləri, Şıxarx qəsəbəsi, N.Nərimanov, Z.Tağıyev, H.Hacıyev, R.Orucov, Ş.İ.Xətai küçələri, Xızı rayonunun Sitalçay kəndi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bir ədəd 122 mm-lik top mərmisi (OF-56), iki ədəd 152 mm-lik top mərmisi (OF-29), iki ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən bir ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 18 oktyabr 2020-ci il tarixlərində 688 siqnal (əməliyyat çağırışı) əsasında 576 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 95 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, altı ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 278 ədəd partlamış raket hissələri aşkar olunub.


















скачать dle 11.3
Mojo.az Banner