Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı

29.09.2020 20:50 1 886
ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı
Sentyabrın 27-29-da Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 32 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, daxil olmuş 36 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci 4 Yol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (OFAB-100), 6 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 4 ədəd partlamış raket hissələri aşkar olunub.

скачать dle 11.3
Mojo.az Banner