Mojo.az Banner
02:27 Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ - Video  |     23:52 Azərbaycanda şirkətin 40 min manatını mənimsəməkdə ittiham olunan işçiyə HÖKM OXUNDU  |     23:02 Bazar günü 23 dərəcə isti olacaq  |     22:46 Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb  |     22:31 Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib  |     22:21 Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər  |     22:13 Hidayət Heydərov çempion oldu  |     21:52 Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı - FOTO  |     21:47 Ukraynada daha bir azərbaycanlı həlak oldu  |     21:35 Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı  |     21:22 Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib  |     21:00 Xankəndidə Zəfər atəşfəşanlığı  |     20:59 "Formula-1": Braziliyada sprint yarışının qalibi bəlli oldu  |     20:40 Qalmaqallı direktorun yerinə yeni təyinat  |     20:33 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     20:26 Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək  |     20:24 Azərbaycanlı atıcıdan yeni dünya rekordu  |     19:45 Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)  |     19:42 Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq  |     19:36 Romada Azərbaycan vətəndaşı itkin düşüb  |    
Left Banner
Right Banner

Bakı Metropoliteni yeni qurğular tətbiq etməklə sərnişinlərin təhlükəsizliyini artırır

15.10.2020 13:31 675
Bakı Metropoliteni yeni qurğular tətbiq etməklə sərnişinlərin təhlükəsizliyini artırır
Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVİD-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı metropolitenində tibbi maskalardan istifadəyə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:

“Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilərin quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir.

Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır”.

O qeyd edib ki, bu tədbir ilk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilir:

“Tətbiq olunan və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.

Yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir. Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib.

Yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur.

Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik”.

“Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq”, - deyə B.Məmmədov sonda qeyd edib.
скачать dle 11.3