Mojo.az Banner
19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |    
Mojo.az Avto
Mojo.az Avto

Mövsüm infeksiyaları: Uşaqları necə qorumaq olar?

13.10.2020 23:46 1 701
Mövsüm infeksiyaları: Uşaqları necə qorumaq olar?
Soyuq havalarda viruslar daha da aktivləşir və beləliklə, virus infeksiyalarına yoluxma daha çox müşahidə edilir. Virus infeksiyasından ağırlaşma hallarına daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir.

Uşaqları virus infeksiyalarından necə qorumaq olar? Bununla bağlı hansı tədbirlər görmək lazımdır?

Median.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı məqaləsini təqdim edir:

Virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip ağırlaşma verərək meningit, pnevmoniya, bronxit və s. yarada bilər. Ancaq xəstəlik 3 günlük hərarətdən sonra keçərsə, narahat olmağa dəyməz. Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. Uşaqlara bol maye, C vitamini ilə zəngin olan qidalar, meyvə-tərəvəz çox verilməlidir. Uşaqlar zərərli qidalar - kolbasa və sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul etdikdə onların bağırsağında mikroflora məhv olur və immunitet zəifləyir.

Yayda uşaqların kifayət qədər D vitamini qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Uşaqlar ilboyu imkan olan kimi günəş şüaları ilə təmasda olmalıdırlar. Fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma buna ehtiyac yoxdur, çünki heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir.

Uşaqların məktəbə gedərkən maskadan, "Oksalin" mazından istifadə etməsi xəstəliyin qarşısını almır. Ancaq uşaqlara gigyena qaydalarının (asqırarkən və öskürərkən ağız və burunu dirsək bükümü ilə tutmaq, mütəmadi olaraq əlləri sabunla yumaq) öyrədilməsi onları əhəmiyyətli dərəcədə qoruya bilər.

Soyuq havada qəbul edilən qidalara da xüsusi diqqət etmək lazımdır. Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların eyni mühitə getməsi həmin virusun sürətlə yayılmasına səbəb olur. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə və bağçaya göndərilməsin. Əgər uşaqda ciddi şikayət varsa, həkimə müraciət edilməlidir.скачать dle 11.3
Mojo.az Banner