Mojo.az Banner
20:18 Azərbaycanda bu tələbələr digər universitetlərə köçürüləcək  |     20:09 "Telegram"ın qurucusu terrorçular siyahısına daxil edildi  |     20:02 "Kəpəz"dən yeni transfer  |     19:56 Lənkəranda 11 otaqlı yaşayış evində yanğın  |     19:51 Azərbaycanlı tələbədən növbəti uğur  |     19:44 Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO  |     19:38 Kondisionerdən istifadə edənlərə xəbərdarlıq  |     19:30 Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi  |     19:25 "Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"  |     19:17 Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək  |     19:11 Bu tərəvəzləri birlikdə yemək təhlükəlidir - Qastroenteroloqdan açıqlama  |     19:04 Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq  |     18:59 Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu  |     18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |    
Left Banner
Right Banner

Rusiya mətbuatı: Ermənistan Dağlıq Qarabağdakı müharibəyə muzdluları cəlb edir

13.10.2020 22:23 1 296
Rusiya mətbuatı: Ermənistan Dağlıq Qarabağdakı müharibəyə muzdluları cəlb edir
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı hərbi qarşıdurmada iştirak edən yaraqlılar erməni kökənlidir, lakin onlar ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığına sahibdirlər.

Bu barədə ura.ru xəbər agentliyi yazır.

Muzdluların hərbi əməliyyatlara cəlb edilməsində mühüm rolu diaspor təşkilatları və ictimai birlik adı altında fəaliyyət göstərən strukturlar oynayır. Onlar erməni mənşəli əcnəbi ölkə vətəndaşlarını “könüllüləri” adı altında hərbi əməliyyatlara cəlb edirlər.

Lakin Rusiya pasportları ilə döyüşlərdə iştirak edənlər geri qayıtdıqda qanunsuz silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Qarabağa “könüllü” dəstələrin axını artıq Rusiya KİV-lərinin diqqətini çəkib və araşdırma nəticəsində məlum olub ki, Qarabağdakı döyüşlərə cəlb edilən yaraqlıların əksəriyyəti erməni kökənli ABŞ, Fransa və hətta Rusiya vətəndaşlarıdır.

Bu hərbi birləşmələrin üzvləri “Novoya Qazeta” və ВВС-yə açıq şəkildə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin sıralarında olmasalar da, hərbi əməliyyatların aparıldığı bölgəyə azərbaycanlılara qarşı müharibə etməyə gəliblər.

Daimi yaşadıqları ölkədə bunun nə qədər qanuni olması isə “könüllüləri” çox da narahat etmir.

Tarix qismən təkrarlanır: 1990-cı illərdə yaraqlılar dünyanın müxtəlif yerlərindən Ermənistana axın edirdilər. Bunun ən parlaq nümunəsi Yəməndən Qarabağa gələn, Fransada həbsxanada həyatı yaşamış, Yaxın Şərq və Avropadakı müharibələrdə təcrübə toplamış səhra komandiri Monte Melkonyandır.

Yaraqlıları toplayanlar məxfiliyi də qorumurlar.

“VoMA Center” ictimai təşkilatı “Ermənistanın düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan edir.

“Bizim müttəfiqimiz - ordumuzdur və biz Ermənistan və diaspor tərəfindən hazırlanmış ehtiyat qüvvəyik”, deyə ictimai təşkilatın saytında qeyd olunub.

Təşkilatın son təşəbbüslərindən biri də dağ-atıcı batalyonun formalaşdırılmasıdır.

“Sürətli hərbi təlim kurslarını keçdikdən sonra, Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altındakı batalyonumuz təyin edilmiş ərazilərdə döyüş əməliyyatlarında iştiraka cəlb ediləcək”, - “VoMA Center” açıq şəkildə bəyan edir.

Rusiyadan gələn ermənilər üçün xüsusi bir təklif verilib: onlara Moskvadan İrəvana birtərəfli uçuş üçün qismən və ya tam ödəmə şərti ilə “çarter uçuşları” vəd edilib.

Batalyonun meydana çıxma vaxtı da maraqlıdır. “VOMA Center”in videolarını araşdırarkən belə bir təəssürat yaranır ki, birləşmənin yaradılmasının final mərhələsi Tovuzdakı iyul hadisələri ilə Qarabağdakı hazırkı gərginləşmə dövrünə təsadüf edir.

Təşkilatın video və foto materialları digər məsələlərə də aydınlıq gətirə bilər. Misal üçün, “VOMA Center”də təlim keçənlər yaxşı və bahalı təchizata malikdirlər və bu vəsaiti, Bakıda da güman edildiyi kimi, birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilir. Bununla belə, “VoMA Center”in büdcəsinin böyük bir hissəsi xarici diaspor da daxil olmaqla ayrı-ayrı şəxslərin ianələri hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün xüsusi bölmə var.

Lakin, “VoMA Center” beynəlmiləl birləşmələrin yaradılmasında heç də inhisarçı rolu oynamır. İstisna deyil ki, oxşar əməkdaşlığa cəlb etmə mərkəzləri kifayət qədər çoxdur.

Bu baxımdan, Ermənistan tərəfində vuruşan qüvvələrin tərkibi ilə bağlı narahatlıq əsaslıdır. Sual da əsaslıdı: müharibədə təcrübə qazanmış və silah əldə etməyə çıxışı olan yaraqlılar Dağlıq Qarabağdakı döyüşlər səngiyəndən sonra nə edəcəklər? Sual heç də sadə deyil. Nəzərə alaq ki, “VOMA Center” əməkdaşlığa Rusiya vətəndaşlarını cəlb edir və bu xüsusən döyüş bölgəsindən silahların sızması ilə nəticələnə bilər. Bu silahların sonradan Rusiyada istifadəsinin nümunələri var.

“Könüllü” batalyonların sıralarını doldurmaq çağırışı ilə Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da çıxış edib.

Lakin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

“VOMA Center”in bilet ödənişini yalnız bir tərəfli uçuş üçün ödəməsi əbəs yerə deyildir.

Rusiyaya qayıdan muzdlular öz əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyacaqlar.скачать dle 11.3
Mojo.az Banner