Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər sərtləşdirilir - VİDEO

13.10.2020 21:40 1 344
Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər sərtləşdirilir - VİDEO
Dünya ölkələrində koronavirusla əlaqədar məhdudiyyətlər yenidən sərtləşdirilir.

"İzvestiya" xəbər verir ki, Hollandiyada restoran və barlar fəaliyyətini dayandırır. Həvəskar idman növləri üçün zalların fəaliyyəti müvəqqəti olaraq qadağan edilir. Axşam saatlarında spirtli içkilərin satışı məhdudlaşdırılır.

Böyük Britaniyada üç mərhələli məhdudiyyət sistemi tətbiq edilir. Mövcud vəziyyətdən asılı olaraq məhdudiyyət qaydaları tətbiq ediləcək. “Yüksək səviyyəli” restoran və kafelər saat 22:00-dək fəaliyyət göstərəcək. İctimai yerlərdən altı nəfərdən çox qrup halında toplaşmağa icazə verilməyəcək. Ən sərt tədbirlər isə Liverpulda tətbiq olunmağa başlayıb.

Pekin rəhbərliyi şəhərə səfər edənlərin sayını məhdudlaşdırıb. Belə ki, gün ərzində maksimum qonaq sayı 500-dən çox ola bilməz.

Slovakiyada məktəblər distant təhsilə keçib. Ölkədə kütləvi tədbirlərin təşkilinə qadağa qoyulub.

Ukraynada kafe və restoranların fəaliyyətində məhdudiyyətlər tətbiq olunub. Ziyarətçilərdən saat 22:00-dan sonra məkanı tərk etmələri xahiş olunur. Universitet tələbələri distant təhsilə keçiblər.

Çexiyada bütün kinoteatrlar və fitnes mərkəzləri iki həftə müddətinə bağlanılıb. Kafe və restoranlar yalnız yerli vaxtla saat 20:00-a qədər açıq ola və masa ətrafında ən çox dörd nəfər əyləşə bilər. Altı nəfərdən çox şirkət görüşməsi qadağan olunub.

İtaliya, Almaniya və Belçikada cərimələrin artırılması planlaşdırır. Tibbi maskadan istifadə qaydalarına əməl etməyənlər 1000 avro cərimə ödəməli olacaqlar. Virusa yeni yoluxma sayı demək olar ki, 90% artıb.

Madriddə küçələrdəki vəziyyətə nəzarət etmək üçün 7 min gözətçi cəlb olunub. Koronavirus infeksiyasının yayılması səbəbindən şəhər yüksək hazırlıq vəziyyətindədir.скачать dle 11.3
Mojo.az Banner