Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə xəsarət alan sakin: Bizi heç bir təxribat ruhdan sala bilməz

12.10.2020 23:54 1 503
Gəncədə xəsarət alan sakin: Bizi heç bir təxribat ruhdan sala bilməz
Gəncə sakinlərini ermənilərin heç bir təxribatı sarsıda bilməz.

Bunu Trend-ə açıqlamasında Gəncə şəhər sakini, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərindəki yaşayış binasına atdığı raket zamanı xəsarət alan Rüfət Allahverdiyev deyib.

O bildirib ki, hadisə zamanı o da həmin dağılan binada olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Gecə saat 2 olardı, partlayış səsinə oyandıq və hər şey ani oldu. Binamız dağıldı. Əlimizdən heç nə gəlmirdi. Sadəcə, gözləyirdik ki, bina dağılsın, kim sağ qala, kim ölə. Mən binanın 3-cü mənzilində yaşayırdım. Bədən xəsarətləri alsam da möcüzə sayəsində sağ qaldım. Hazırda dövlətimiz tərəfindən sığınacaqla təmin olunmuşuq. Qonşularımızdan dünyasını dəyişənlər də oldu, xəsarət alanlar da. Amma buna baxmayaraq, bizi heç kim, heç bir təxribat ruhdan sala bilməz. Azərbaycan xalqı tarixən mərd olub və indi də mərddir".

E.Allahverdiyev bildirib ki, Gəncə sakinləri ilk gündən Azərbaycan Ordusunun zəfərlərini, uğurlarını alqışlayır və prosesi maraqla izləyir: "Hər gün Ordumuz bizə şad xəbərlər verir. Bir evlə biz nədənsə qorxası deyilik. Biz daim Ordumuza dəstək olmağa hazırıq. Ali Baş Komandan razılıq versə, hətta biz Gəncə şəhərindən də ayrıca batalyon yaradıb düşmənə qan uddurmağa hazırıq. Gəncə əhalisi bu təxribata heç məhəl də qoymur. İnanırıq ki, Ordumuz tezliklə düşmən üzərində qələbə çalacaq və torpaqlarımız tam olaraq işğaldan azad olunacaq. Vətəndaşlar arasında yüksək əhval-ruhiyyə var".скачать dle 11.3
Mojo.az Banner