Mojo.az Banner
19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

09.10.2020 15:03 2 289
Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.

“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, - deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.скачать dle 11.3
Mojo.az Banner