Mojo.az Banner
13:59 Bəzi yerlərdə dörd gün intensiv YAĞIŞ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ  |     13:41 Günəşdə güclü partlayış qeydə alınıb  |     13:37 Gəncədə 73 yaşlı kişinin meyiti tapıldı  |     13:19 SEPAH-ın hərbi-dəniz qüvvələrinin komandiri ÖLDÜRÜLDÜ  |     13:18 İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır  |     13:00 Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO  |     12:41 Azərbaycan nefti UCUZLAŞIB  |     12:32 İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb  |     12:28 Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ  |     12:19 UEFA "Benfika"nı cəzalandırdı  |     12:16 Kapitan Vüsal Sadıqov həbsdə qaldı  |     12:11 Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video  |     12:06 Bakıda yeniyetmə evində ölü tapıldı  |     11:55 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - Video  |     11:41 Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi  |     11:21 Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb  |     11:16 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU  |     23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |    
Left Banner
Right Banner

Konfliktoloq: “Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək”

08.10.2020 20:58 2 109
Konfliktoloq: “Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək”
Prezident İlham Əliyevin son illər ərzində apardığı adekvat siyasi və iqtisadi idarəetmə siyasəti bu gün Azərbaycana həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də Ermənistanla digər cəbhələr üzrə aparılan münaqişədə böyük üstünlüklər qazandırdı.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, konfliktologiya üzrə ekspert Elşad Məmmədov Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin gedişatında mövcud vəziyyəti dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, hazırkı mürəkkəb münaqişənin eskalasiyası dövründə də bu soyuqqanlı və tarazlı siyasətimizdən əl çəkməməliyik:

“Bu siyasət bu gün bizə ciddi üstünlüklər verdi. Siyasətdə qətiyyən emosionallığın tərəfdarı deyiləm və hesab edirəm ki, soyuqqanlı davrandıqca bu müharibəni öz xeyrimizə yekunlaşdırmalıyıq. Çünki bu, Azərbaycan xalqının işğal altında olan torpaqlarının azad olunması istiqamətində apardığı 30 illik mübarizənin bir sonu olmalıdır. Dünyada baş verən proseslər məsələyə praqmatik yanaşdığımız təqdirdə bizə çox böyük fürsətlər verir. Bu gün dünyada qloballaşmanın əks proseslərlə əvəz olunması gedir. Regionallaşma həm iqtisadi, həm siyasi müstəvidə artıq bir trendə çevrilir. Biz isə Qarabağ münaqişəsində bunun konkret olaraq bariz əks olunmasını görürük.

1990-cı illərdəki vəziyyətə nəzər salsaq, görərik ki, münaqişə ətrafındakı əsas dövlətlərin ABŞ, Rusiya və Fransa idi. Faktiki olaraq vasitəçilik missiyasında da aparıcı rolu bu ölkələr oynayırdı. Amma hazırda ilk növbədə ABŞ bu münaqişədən xeyli dərəcədə kənarlaşdırılıb. Eyni zamanda da Fransanın məsələyə təsir imkanları birtərəfli qeyri-obyektiv mövqe sərgilədiyi üçün kifayət qədər azalıb. BMT-nin, eləcə də digər beynıəlxalq qurumların da təsir gücü azalmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan qonşu dövlətlərlə öz münasibətlərini, düzgün siyasətini apara bilsə, bu imkan verəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü hansısa xarici təsirlərdən uzaq şəkildə öz daxili resursları hesabına bərpa etsin”.

E.Məmmədov onu da qeyd edib ki, Baş naziri Nikol Paşinyanın qloballaşma ilə bağlı Soros Fonduna və digər institutlara söykənməsi bu gün faktiki olaraq Ermənistanın bütün cəbhələrdə ciddi problemlərlə üzləşməsinə səbəb olub:

“Xüsusilə vurğulanmalı olan məqamlar var. Belə ki, Soros Fondunun, eləcə də digər qloballaşma ilə bağlı olan fondların Azərbyacanla bağlı olan siyasətləri bəllidir. Onlar müxtəlif qruplara dəstək verməklə, Azərbaycanda siyasi sabitliyi pozmağa çalışırdılar. Amma ölkə rəhbərliyi tərəfində bu kimi hallarının vaxtında qarşısının alınması, Azərbaycan uğurlu hərbi-siyasi kampaniyanın aparılmasına zəmin yaratdı. Hesab edirəm ki, bizim siyasətimiz doğrudur və bu belə də davam etdirilməlidir. Uğurlu siyasətin bir hissəsi də bizim qonşu dövlətlərlə (Rusiya, İran Türkiyə) normal konstruktiv münasibətlərin qurulması və qorunub saxlanmasıdır. Çünki, Ermənistanın iddialarından biri Azərbaycanı Türkiyənin və Suriyadakı terror qruplaşmalarının dəstəyi ilə müharibə aparan tərəf kimi təqdim etməsidir. Biz buna yol verməməliyik. Adekvat siyasətimizi davam etdirməliyik.

Unutmayaq ki, Azərbaycan apardığı Vətən müharibəsində yalnız öz, daxili resursları hesabına uğur qazanır. Bu gün informasiya məkanında da bu məqama xüsusi diqqət verilməlidir. Çünki, Azərbaycan öz torpaqlarında, beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu xətt qorunmalıdır. Bu gün Azərbaycanın hərbi potensialını heç bir halda Ermənistanla müqayisə etmək olmaz. Buna görə də biz bu üstünlükdən istifadə edərək öz sistemli, neytarl siyasətimizi qorumaq şərtilə, torpaqlarımızın işğaldan azad olunması məqsədilə bütün fürsətlərdən istifadə etməliyik”.скачать dle 11.3
Mojo.az Banner