Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Anar Eyvazov: “Ön xətdəki hərbi qulluqçulara Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin broşurları paylanılıb”

06.10.2020 20:00 1 687
Anar Eyvazov: “Ön xətdəki hərbi qulluqçulara Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin broşurları paylanılıb”
“Azərbaycan ordusunun ön xətdəki hərbi qulluqçularına broşurlar paylanıb. Bu broşurlar Beynəlxalq Qırmızı Xaç cəmiyyəti tərəfindən hazırlanıb və dərs vəsaiti olaraq tədris olunur”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, döyüş bölgəsindəki əsgərlərin davranış qaydalarını özündən əks etdirən broşurlarda müxtəlif müddəalar yer alıb:

“Broşulardan biri iki hissədən ibarətdir. İlk hissədə zərərçəkmişlərə hansı qaydalarla ilkin tibbi yardım göstərilməli olduğu şəkillərlə izah olunub. Digər hissədə isə döyüşçülərin əməliyyat zamanı davranış qaydaları yer alıb. Bütün legitim qaydalar, kimlərin hədəfə alınması, kimlərin alınmaması orada göstərilib.

Digər kitabçada isə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü altı müddəa yer alıb.

Beynəlxalq hüquq normalarında qeyd edilən prinsiplər ümumiyyətlə bizim ordumuz və xalqımız üçün yad davranışlar deyil. Xalqımızın milli mentalitetində, milli dəyərlərində bunlar öz əksini tapıb”.скачать dle 11.3
Mojo.az Banner