Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

05.10.2020 22:38 1 287
Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”
“Ermənistan hakimiyyəti iyulun 12-dən başlayaraq Azərbaycanın dinc sakinlərini atəş tutur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, iyul ayında Tovuz, son günlər isə Gəncə, hətta paytaxt Bakıya yaxın ərazilərə raket zərbələri endirməklə Cenevrə konvensiyalarının tələblərini pozub: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarının müdafiəsi üçün vətən müharibəsinə başlayıb.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Vətən müharibəsidir. 1993-cü ildən bəri Azərbaycan və Ermənistan rəhbərlərinin rəsmi səviyyədə saysız-hesabsız görüşləri keçirilib. Nazirlər səviyyəsində də bir çox görüş baş tutub. Azərbaycan hər zaman işğal altında olan torpaqlarının danışıqlar, sülh yolu ilə azad olunmasına çalışıb.

Lakin Ermənistan nə danışıqlara, nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq sənədlərə məhəl qoymayıb və hazırda bu özbaşınalığının cavabını alır”.

Y. Karauzun sözlərinə görə, Ermənistan Azərbaycanda mülki əhalinin yaşadığı yerləri hədəf seçməklə insanları təşviş içərisində saxlamaq və bununla da atəşkəsə nail olmaq istəyir: “Ermənistanın digər məqsədi Azərbaycanın Vətən müharibəsini Azərbaycan-Ermənistan münaqişəsinə çevirmək, daha sonra isə region ölkələrini bu münaqişəyə cəlb etməkdir. Fəqət Ermənistanın insanlıqdan kənar bu hərəkətlərinə baxmayaraq, Azərbaycan humanist fəaliyyətini davam etdirməklə hərbi mövqeləri hədəf alır”.

Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa çıxışına münasibət bildirən general qeyd edib ki, bir hərbçi kimi Azərbaycanın strategiyasını yüksək səviyyədə qiymətləndirir: “Biz hərbçilər üçün hərbidə iki hədəf var. Birincisi, düşməni və onun texnikasını zərərsizləşdirmək, ikincisi isə, düşmənin savaş əzmini qırmaqdır.

Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başqa ölkələrdən dəstək almadan cəbhədə düşmənin əzmini qırmaqdadır. Prezident İlham Əliyev dünən xalqa müraciətində dedi ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunana qədər mübarizə davam edəcək.

Azərbaycan Prezidenti sülhün hansı şərtlər altında əldə olunacağını və digər mühüm məsələləri də açıqladı. Bu, bir liderin yüksək siyasi gücünün və mədəniyyətinin göstəricisidir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli cəbhələri üzrə hərbi uğurların arxasında cənab İlham Əliyevin düzgün siyasəti və qətiyyəti, Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhu, Azərbaycan ordusunun düzgün strategiyası və qüdrəti dayanır”.скачать dle 11.3
Mojo.az Banner