Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərdən növbəti təxribat - RƏSMİ

03.10.2020 17:14 1 926
Ermənilərdən növbəti təxribat - RƏSMİ
Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Belə ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Azərbaycandan olan bir qrup jurnalist və bloqerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən “iş təklifi” bəhanəsi ilə mesajlar daxil olub.

Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırırıq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, reports@cert.az email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.скачать dle 11.3
Mojo.az Banner