Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Britaniyada yaşayan həmyerlilərimiz bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib

02.10.2020 23:56 1 165
Britaniyada yaşayan həmyerlilərimiz bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib
Britaniyada yaşayan həmyerlilərimiz Azərbaycanı beynəlxalq arenada rəsmi dəstəkləyən bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Londondakı Azərbaycan icmasının üzvləri Türkiyənin, Ukraynanın və Əfqanıstanın Britaniyadakı səfirliklərinə Azərbaycanı dəstəklədikləri üçün təşəkkür məktubu təqdim edib.

Koronavirusa qarşı tətbiq edilən qaydalar səbəbindən 6 nəfərlə məhdudlaşdırılan heyət əvvəlcə Türkiyənin Londondakı səfiri Ümit Yalçın ilə görüşüb.

Səfir Ümit Yalçın bildirib ki, Türkiyə Azərbaycanla dostluq və qardaşlığı hər zaman davam etdirəcək: “Biz bir millət, iki dövlət dedik. Azərbaycan öz dövlətini, torpağını haqsızlıqlara və işğala qarşı qoruyur. Türkiyə də özünü müdafiənin arxasında durur və durmağa davam edəcək. O vaxta qədər ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etsin”.

Səfirliyə ünvanlanan məktubda Ermənistanın 27 sentyabr səhər saatlarında cəbhə xətti boyunca yaşayış yerlərini atəşə tutduğu bildirilib. Qeyd edilib ki, atəş nəticəsində Azərbaycanın dinc əhalisi, mülki vətəndaşları, qadınlar həyatını itirib:

“Dəstəyiniz üçün, hər zaman yanımızda olduğunuza və dualarınızı əsirgəmədiyinizə görə sizə sonsuz təşəkkür edirik. Bu çətin dövrdə strateji və siyasi baxımdan qeyd-şərtsiz dəstəyiniz bizim üçün əvəzsizdir”, - deyə məktubda qeyd edilib.

Ziyarətdə iştirak edən Londonda yaşayan azərbaycanlı Şahin Vəlisoy Türkiyənin dəstəyinin Azərbaycana hər zaman nəfəs verdiyini bildirib. O, Türkiyə tərəfindən verilən dəstəyin gələcək nəsillər tərəfindən də önəmli olduğuna diqqət çəkib.

Azərbaycan icması daha sonra Əfqanıstan səfirliyinə gedərək siyasi məsləhətçi Mohammed Hanif Ahmadzai ilə görüşüb. M.Ahmadzai Azərbaycanla Əfqanıstanın tarixi dostluq münasibətlərinə toxunaraq ölkəmizə hər zaman dəstək olduqlarını bildirib.

Daha sonra isə Ukraynanın Londondakı səfirliyinin əməkdaşına təşəkkür məktubu təqdim edilib.

скачать dle 11.3
Mojo.az Banner