Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda elektrikli avtobuslar istismara veriləcək

26.09.2020 20:14 930
Bakıda elektrikli avtobuslar istismara veriləcək
"2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qaz mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, artıq Almaniyanın "Man” şirkəti və Türkiyənin "BMG” şirkəti ilə bu istiqamatdə danışıqlar gedir, işçi qrupları səviyyəsində müzakirələr aparılır:

"Bizim mütəxəssislərimiz tərəfindən də elektrikli avtobusların mümkün marşrutlarının müəyyənləşdirilməsi, hansı istiqamətlər üzrə xəttə buraxılması ilə bağlı da təhlillər aparılır. "Man” və "BMG” şirkətinin mütəxəssisləri ilə Bakıda elektrikli avtobuslar gətirildikdən sonra onların fəaliyyəti üçün uyğun infrastrukturun, qaraj sisteminin yaradılması ilə bağlı da ciddi müzakirələr gedir. Növbəti il üçün artıq şəhərimizdə sıxılmış təbii qazla çalışan avtobuslarla yanaşı elektrik mühərrikli avtobusların da fəaliyyətinin şahidi olacağıq.

Qeyd etdiyimiz kimi, 2022-ci il yanvarın 1-dən Nazirlər Kabinetinin 73 saylı qərarında əksini tapdığı kimi istismara yalnız sıxılmış və təbii qaz mühərrikli avtobuslar qəbul olunacaq. Təbii ki, həmin vaxt dizel mühərrikli və digər yanacaq növü ilə çalışan avtobuslar da olacaqlar. Amma yeniləri istismara qəbul olunmayacaq. Xətdə olanlar müəyyən istismar dövrünü başa vurduqdan sonra xətdən çıxarılacaq”.скачать dle 11.3
Mojo.az Banner