Samirə Mustafayeva: Bilirdim ki, pis şərhlər yazacaqlar - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:57 Ağdərədə tullantı poliqonu yaradılacaq  |     16:57 Sabah bəzi rayonlarda güclü külək olacaq  |     16:56 İranda internetə girişə müvəqqəti məhdudiyyətlər qoyulub  |     16:54 İsrailin İrana hücumu nəticəsində onlarla insan ölüb, yüzlərlə yaralı var  |     16:53 Neymar karyerasını Türkiyə Superliqasında davam etdirə bilər - SÜRPRİZ TƏKLİF  |     16:53 İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu  |     16:51 Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəz tikir  |     16:50 Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     16:50 Levon Mnatsakanyan: "Arayik Arutyunyanın istəyi ilə Hadrut və Suqovuşan istiqamətlərində olmuşam"  |     16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır - FOTO  |     16:47 Ermənistan XİN İsrailin İrana hücumunu pislədi  |     16:47 Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb  |     16:46 ADY iki istiqamətdə əlavə reyslər təyin edib  |     16:44 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb  |     16:43 Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU  |     16:42 DİN "Son zəng"lə bağlı valideynlərə və məzunlara müraciət edib  |     16:40 Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu  |     16:39 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT  |     16:38 Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı - Araşdırma başladıldı  |     16:36 İsrail səfərbərlik elan etdi  |    

Samirə Mustafayeva: Bilirdim ki, pis şərhlər yazacaqlar - FOTO

Azərbaycan Televiziyasının yeni mövsümdəki yeniliklərindən biri də TV-yə yeni simaları cəlb etmək oldu.
Onlardan biri də işinin peşəkarı olan teleaparıcı Samirə Mustafayevadır.

"AzTV Xəbər”in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.

AzTV-nin rəsmi "Telegram” kanalı olaraq xanım aparıcından müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Samirə xanım, efir üçün darıxmışdınızmı?
- Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.

- Geridönüş çətin olmadı ki?
- 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. "Yox, yox” deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, "yox” baryerini aradan götürməyə qərar verdim.

- Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa...
- 5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə "Samirə xanım, efirə nə zaman qayıdırsınız?” yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım.Amma tamaşaçım məni geri qaytara bildi.

-Televiziyaya qayıtmağınıza nə təkan verdi?
- İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə - divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm. Bu mübarizədə, bu müharibədə düşmənlərimizə qarşı tək səngərdə deyil, bütün sahələrdə bir olmalıyıq, media sahəsi isə xüsusilə diqqətli və birlikdə olmalıdır.

-Nə üçün məhz Azərbaycan Televiziyası?
-Azərbaycan Televiziyası həmişə bir məktəb olub. Sanki Azərbaycan televiziya məkanı AzTV-də doğulub. Buraya gələndə elə bildim sanki elə əvvəl də AzTV-də işləmişəm. Çox doğma kollektivi var. Hamı çalışır ki, özümü burada yad hiss etməyim, heç elə hiss etmirəm də.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 105 24.09.20 23:01