Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Türkiyə yığması səfərdə Gürcüstan millisini məğlub etdi  |     22:55 Rusiyada Aİ-92 və dizel yanacağının birja qiymətləri artır  |     22:48 Tülin Ələkbərova restoranda qadını niyə döyüb? (TƏFƏRRÜAT)  |     22:42 Yer kürəsinə yeni qlobal istiləşmə mənbəyi təhlükə yaradır - Nə baş verir?  |     22:37 "Xanbulan" 5000 manat cərimə edildi  |     22:30 Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qopardı  |     22:24 Aytacın atasının narazılığına Baş Prokurorluqdan CAVAB  |     22:18 Məşhur yazıçı vəfat etdi  |     22:09 Makqreqor prezidentliyə namizəd oldu  |     22:01 "AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib" - Rusiya XİN  |     21:55 Makron: "26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb"  |     21:49 Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: "Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü"  |     21:30 Xocalıda törətdikləri qəddarlıqları etiraf etdi - MƏHKƏMƏ  |     21:25 Əfqanıstanda yenə zəlzələ oldu  |     21:19 Tramp: "Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib"  |     21:12 Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA  |     21:00 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır  |     20:54 Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi  |     20:46 Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib  |     20:39 Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır  |    

Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O bildirilib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib:

“Vaksinlərin alınması üçün vəsait KMDF-dən ayrılacaq:

“Bugünkü iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dən vəsait ayrılacaq.

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır:

“Hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır. Hazırda dünyada doqquz şirkət peyvənd hazırlığının üçüncü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da bu vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq”.

TƏBİB sədri qeyd edib ki, aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər:

“Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır”.

Onun sözlərinə görə, bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaricdən alınaraq Azərbaycana gətirilməsidir:

“Vaksinlərin hazırda Azərbaycanda istehsal imkanı mümkün görünmür, nəinki Azərbaycanda bir çox ölkələrdə bu, mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 813 23.09.20 20:28