Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu videolar faciəyə səbəb olur: üç yeniyetmə xəstəxanalıq oldu - VİDEO

23.09.2020 18:05 1 859
Bu videolar faciəyə səbəb olur: üç yeniyetmə xəstəxanalıq oldu - VİDEO
Bir müddətdir artıq çelenclər “Instagram” və “Tik-tok” kimi sosial şəbəkələrdə çox məşhurdur. Bu “meydan oxumalar” müxtəlif formatda olur. Lakin bunlardan bəziləri hətta faciəyə yol açacaq qədər təhlükəlidir.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişi məsələ ilə bağlı ətraflı süjet hazırlayıb.

Bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində Rusiyadan olan məktəblilər çelenc başladıb. Onlar hallusinasiya görmək üçün allergiyaya qarşı olan “Benadril” preparatını böyük dozalarda qəbul ediblər. Nəticədə üç yeniyetmə xəstəxanalıq olub. Çelenclə bağlı heşteq artıq 55 milyon baxış toplayıb.

Xatırladaq ki, Amerikada və Türkiyədə sosial şəbəkələrin fəaliyyətinə nəzarətlə bağlı xüsusi qanunvericilik var. Bu qanunların köməyilə sosial şəbəkələr birbaşa nəzarətə götürülür. Ölkəmizdə sırf sosial şəbəkə davranışlarını tənzimləyən ayrıca qanun yoxdur.

Sosial şəbəkələrlə bağlı ayrıca qanunvericiliyi qəbul etmiş ölkələrdə birbaşa sosial məsuliyyəti şirkət özü daşıyır.


скачать dle 11.3
Mojo.az Banner