Azərbaycanda "Pikap" tipli avtomobillər yığılır? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:21 Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçildi  |     15:58 Azərbaycan XİN Hindistana başsağlığı verdi  |     15:47 Tanınmış aparıcı valideynlərdən şikayətləndi  |     14:40 FHN çimərliklərdə monitorinqlər keçirib  |     14:32 Azərbaycan yay turizminə hazırdırmı?- ARAŞDIRMA  |     14:25 Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir  |     14:21 Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb  |     14:16 Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub  |     14:10 Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb  |     14:01 Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb  |     13:56 Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub  |     13:50 Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib  |     13:43 Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb  |     13:38 Goranboyda kişi zəhərlənərək ölüb  |     13:30 “Solar Orbiter” zondu ilk dəfə Günəşin cənub qütbünün təsvirini əldə edib  |     13:24 Türkiyədə 39 nəfər qidadan zəhərlənib  |     13:16 "Arsenal"ın baş məşqçisi Rodriqonu istəyir  |     12:56 Xırdalanda fərdi yaşayış evi yanır - VİDEO  |     12:48 Deputat: Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur  |     12:28 Sabah 37 dərəcə isti olacaq  |    

Azərbaycanda "Pikap" tipli avtomobillər yığılır? - VİDEO

Bu gün səhər saatlarından sosial şəbəkələrdə və xəbər saytlarında vətəndaşlara məxsus "Pikap" tipli avtomobillərin saxlanaraq səfərbərlik adı ilə aparılması barədə məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qanunvericiliyə əsasən, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətəndaşlar deyil, nəqliyyat vasitələri də səfərbər edilə bilər. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik dövlətlərdə də belədir. Çünki dinc dövrdə ordunun müəyyən sayda şəxsi heyəti və həmin şəxsi heyətin ehtiyacına uyğun müxtəlif təyinatlı nəqliyyat vasitəsi olur. Səfərbərlik zamanı isə əlavə nəqliyyat vasitələrinə ehtiyac yaranır.

Ərşad Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli, 51 nömrəli qərarı ilə Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var.

Bu cür nəqliyyat vasitəsi vətəndaşdan alınarkən ona bildiriş verilməlidir. İstifadə zamanı nəqliyyat vasitəsinə dəyən zərəri də dövlət ödəyir.

Daxili İşlər Nazirliyi də yüksək keçidli nəqliyyat vasitələrinin vətəndaşlardan alınması məsələsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanması nəzərdə tutulur. "Pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri də yüksək keçidli avtomobillərin kateqoriyasına aiddir. Bu səbəbdən də həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanır və bu haqda sahiblərinə məlumat verilir.

Vətəndaşlar isə səfərbərlik olarsa, müsadirə edilən nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsini belə istəmədiklərini bildiriblər.(Xəzər Xəbər)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 22.09.20 22:53