Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - Foto

22.09.2020 19:14 2 589
Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - Foto
“İl yarım öncə rəsmi qaydada ödəniş edib ev almışam. Çıxarış (kupça) öz adıma olsa da, keçmiş ev sahibi evi təhvil vermir. İcra məmuru isə məhkəmənin qərarını icra etmək üçün rüşvət istəyir”.

Bu iddia ilə “Qafqazinfo”ya məşhur model İqaməddin Hüseynov müraciət edib. O bildirib ki, 2019-cu ilin iyun ayında Abşeron rayonu, Saray qəsəbəsində anası Arzu Hüseynovanın adına Züleyxa Mərdiyeva adlı şəxsdən fərdi yaşayış evi alıblar: “Notarius qaydasında alqı-satqı müqaviləsi imzaladıq, çıxarışlar anam Arzu Hüseynovanın adına keçirildi. Sonra ev sahibi bizdən 15 gün vaxt istədi. Biz 1 aylıq xaricə getdik deyə ona elə o qədər də vaxt verdik. Qayıdandan sonra yenə 10 gün, 15 gün vaxt istədilər, beləcə 2 ay gözlədik. Bundan sonra Züleyxa Mərdiyeva dedi ki, evdən çıxmır.

Məhkəməyə müraciət etdik, Abşeron rayon məhkəməsi, apelyasiya instansiyası və Ali Məhkəmə evin boşaldılması və bizə təhvil verilməsi haqda qərar çıxarıb. Ali Məhkəmə işi icraya yönəltsə də, bu proses bilərəkdən uzadılır”.


İ.Hüseynovun iddiasına görə, Ali Məhkəmənin qərarının icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinin rəis müavini Emin Hadıyev və onun köməkçisi Hilal Nəcəfov maneələr yaradır:

“Hilal Nəcəfov bir neçə dəfə məni qəbuluna çağıraraq “bu işin qiyməti 5 min manatdır, sizə 1500 manata edərik” deyərək rüşvət tələb edib. Nəcəfov “1500 manat verin, onları evdən çıxaraq” deyərək qərarı icra etməkdən boyun qaçırır. Mən Hilalın qəbulunda olanda Züleyxa ona zəng etdi, Hilal ona dedi ki, “sən saat 12-yə kimi dediyini çatdır”, sonra da Züleyxa onu hədələyib dedi ki, “sənin məndə səs yazıların var”. Sonda sentyabrın 16-da icra hərəkəti təyin olunsa da, icraçılar gəlmədilər. Xəbər saytlarının əməkdaşlarını evə çağırandan sonra icra məmurları gəldilər. Onda da məlum oldu ki, Züleyxa evdə yoxdur, tanımadığımız və evdə qeydiyyatı olmayan şəxslər var. İcra məmuru da deyir ki, məhkəmənin qətnaməsində bu adamların adı yoxdur, mən onları çıxara bilmərəm. Evdə qeydiyyatda təkcə mənim anamdır. Ev mənimdir, amma o adamların kim olduğunu da bilmirik. Onların mənim mülkümdə nə işi var?! Rüşvət vermədim deyə, icra məmurları Ali Məhkəmənin qərarını icra etmədilər”.

“Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətlə bağlı araşdırma aparıldıqdan sonra sorğuya cavab veriləcəyi bildirilib.

Qeyd edək ki, İqaməddin Hüseynov tanınmış bloger Leyla Hüseynova ilə evlidir.



скачать dle 11.3
Mojo.az Banner