Mojo.az Banner
22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır

22.09.2020 16:57 1 278
DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır
Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də ittifaqdakı vəzifələrində qalmasına münasibət bildirib.

İttifaqın İdarə heyətinin sədri Elbay Qasımzadə “Report”a açıqlamasında bildirib ki, F.Mollazadə həmin qurumdakı vəzifələrində qalır:

“Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi vəzifəsində qalır. Çünki istintaq hələ yekunlaşmayıb. Bəlkə, istintaqın nəticəsində deyəcəklər ki, bu adamın heç bir günahı yoxdur”.

Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi, 2017-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 1-ci katibidir.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının üzvü vəzifəsində də qalır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatla XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə həbs olunub. F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə və rüşvət almaqda ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner