23:02 Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşdu  |     22:58 Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir  |     22:51 Bu dəfə “Swarovski”ni qarət etdilər  |     22:44 “Labubu”nun sayəsində milyarder oldu  |     22:38 Bakıda məktəb direktoru ilə müəllim arasında qalmaqal - Açıqlama  |     22:33 Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi  |     22:27 Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi  |     22:19 Yola çıxan at ağır qəzaya səbəb oldu  |     22:13 "Borussiya" futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür  |     22:06 Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb  |     21:59 Hansı rəng paltarın qadını daha gənc göstərir? - 6 uğurlu çalar  |     21:42 DİN "Qarabağ" - "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRDİ (Video)  |     21:35 Zəfər Günü bu şəhərlərdə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək  |     21:30 Vaqif Vəliyev vəfat etdi  |     21:16 "Qarabağ" "Çelsi"nin qarşısını necə alacaq? - Qurban Qurbanovdan açıqlama  |     21:03 Gələn il manatın məzənnəsi necə olacaq?  |     20:50 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda sürət həddi endirildi  |     20:29 "Dediyim hər şeyi etməlisən" - Lökbatanda 18 yaşlı oğlanın qonşusunu qətlə yetirməsinin TƏFƏRRÜATI (Video)  |     20:25 Subay kişilərə niyə kirayə ev verilmir? - Sosioloq  |     20:15 PSJ-nin futbolçusu "Qızıl Oğlan" mükafatını qazandı  |    

İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

AZƏRTAC Prezident İlham Əliyevin müsahibəsindən bir sıra məqamları təqdim edir:

“Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.

“Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır... Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar”.

“Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.

“Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 400 19.09.20 18:50