Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

16.09.2020 17:56 3 273
Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxış edəcək.

BMT İnformasiya Mərkəzinin xəbərinə görə, Azərbaycanın dövlət başçısının çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

15 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və 75-ci yubiley sessiyası start götürüb. Yeni sessiyanın ilk günlərində, əsasən gündəm maddələrinin Assambleyanın altı əsas komitəsi arasında bölüşdürülməsi ilə əlaqədar prosedur məsələləri öz həllini tapacaq.

Sessiyada ümumi müzakirə 22 sentyabrda başlayacaq. Ənənəvi yüksək səviyyəli Payız Həftəsi formatı dəyişdiriləcək - ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını videoformatda göndərə biləcəklər. İclas zalının özündə isə hər nümayəndə heyətindən bir nəfər olacaq.

Ənənəvi olaraq debatları Braziliya açacaq, ardından isə BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə olaraq ABŞ çıxış edəcək. ABŞ prezidentinin bu iclasda birbaşa Baş Assambleyanın tribunasından çıxış etməsi istisna edilmir. Digər dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq bir-birinin ardınca konfrans zalında yayımlanacaq.

İlkin siyahıya görə, ümumi debatların ilk günü - 22 sentyabrda ABŞ, Çin, Rusiya, Fransa, İran, Türkmənistan və Tacikistan liderləri çıxış edəcəklər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna prezidentlərinin çıxışları konfrans zalında sentyabrın 23-də, Azərbaycanın dövləti başçısının çıxışı isə sentyabrın 24-də yayımlanacaq. Çıxış edənlərin siyahısına uyğun olaraq Gürcüstan və Moldova adından 25 sentyabrda hökumət başçıları, Belarusdan isə sentyabrın 26-da Xarici İşlər Naziri çıxış edəcək.

Debatlar ərəfəsində 21 sentyabrda BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclas olacaq. Bundan əlavə, Yüksək Səviyyəli Həftə çərçivəsində daha üç vacib görüşün keçirilməsi planlaşdırılır.

Son xəbərlər