SON DƏQİQƏ! Baş nazir yeni qərar imzaladı: 14 sentyabr saat 06:00-dan etibarən: » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |     20:45 UEFA Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib  |     20:37 Zərdabda erkən evliliyə razılıq verən valideynlər cərimələnib - YENİLƏNİB  |     20:32 Azərbaycan və Ermənistandan Gürcüstana qanunsuz keçməyə cəhd edən şəxslər saxlanılıb  |     20:24 Azərbaycan startaplarının əsas çətinlikləri açıqlanıb  |     20:19 "Həzi Aslanov" metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb  |     20:14 Nazirlik rəsmisi: Ən çox şikayətlər hotel və gözəllik salonlarında sanitar normaların pozulması ilə bağlıdır  |     20:05 Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək  |    

SON DƏQİQƏ! Baş nazir yeni qərar imzaladı: 14 sentyabr saat 06:00-dan etibarən:

Sentyabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarı imzalanıb.

Nazirlər Kabinetindən Oxu24.com-a verilən xəbərə görə, qərara əsasən, 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- Sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;

- Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;

- “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi;

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.

Bu Qərar 2020-ci il 14 sentyabr saat 06:00-dan qüvvəyə minir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            977 12.09.20 22:36