Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim” - VİDEO

12.09.2020 14:46 987
Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim” - VİDEO
Bərdə sakini İlham Nəsibov özünə qəsd edib.

Baku Tv xəbər verir ki, səhhətində ciddi problemlər olan İ.Nəsibov Qarabağ müharibəsində iştirak edib. Ağrılara və ayağındakı diabetik qanqrenaya dözə bilməyən 63 yaşlı vətəndaş özünü yandırmaq qərarına gəlib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, İ.Nəsibov avqustun 27-dən xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır:

“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan kəskin qoxunun gəlməsi 63 yaşlı xəstəni intihara sövq edib”.

İ.Nəsibov özünə qəsdin səbəbini belə izah edib:

“Burada məndən beziblər. Digər xəstələr gəlib deyir ki, ayağından iy gəlir. İstəmirəm kimsə mənim əziyyətimi çəksin, istəmirəm kiməsə zülm verim”.

Həkimlərin köməyi ilə o, yenidən xəstəxanaya gətirilib.

İ.Nəsibova müalicə təyin olunub və bu istiqamətdə profilaktik işlər davam edir. Xəstənin ayaqlarında yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir.скачать dle 11.3
Mojo.az Banner