Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat

27.11.2024 16:59 783
21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat
Noyabrın 26-na keçən gecə Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.

Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə 4 yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə qonaqlığa gedib. Məclis Elcanın və dayısının ad günü ilə əlaqədar təşkil edilib.

Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.

Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

* * * * *

Yevlax rayonu Tanrıqulular kənd yolunda yol qəzası olub.

26.11.2024-cü il tarixdə saat 00:10 radələrində Yevlax rayonu Tanrıqulular kənd yolunda 1992-ci il təvəllüdlü Nəsibov Elvin Elcan oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21011" markalı avtomobil ilə kəndin orta məktəbi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib hasara dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə E.Nəsibov və övladı - 2020-ci il təvəllüdlü Elcan Nəsibov sifətin və bədənin müxtəlif dərəcəli əzik və kəsik xəsarətləri diaqnozu ilə Mingəçevir ŞMX-na müraciət etmiş, həmin avtomobildə sərnişin qismində əyləşmiş 2003-cü il təvəllüdlü Nəsibova Sənubər Səhəddin qızı isə almış olduğu xəsarətlər nəticəsində bağlı həmin xəstəxanada ölmüşdür.

Faktla bağlı Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Son xəbərlər