Mojo.az Banner
12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kriştovao “Keşlə”nin ittihamlarına cavab verdi

10.09.2020 19:16 1 834
Kriştovao “Keşlə”nin ittihamlarına cavab verdi
“Mənim Bakını icazəsiz tərk etməyimlə bağlı yayılan xəbərlər böyük yalandır. Belə bir şey olmayıb”.

Bu fikirləri “Report”a açıqlamasında “Keşlə”nin futbolçusu Aleksandr Kriştovao haqqında çıxan məlumatlara münasibət bildirərkən deyib.

Anqolalı hücumçu Niderlanda bu ölkənin pasportunu almaq üçün yollandığını bildirib: “Mən bu barədə klubu hələ 6-7 ay əvvəl məlumatlandırmışdım. Demişdim ki, pasportum filan tarixdə hazır olacaq, gedib onu götürməliyəm. Çünki bu, Avropada yaşamağım üçün olduqca vacibdir”.

27 yaşlı forvard əlavə edib ki, hazırda Bakıya qayıtmaq üçün klubun ona bilet almasını gözləyir: “Agentim və vəkilim “Keşlə” rəhbərliyi ilə danışıqları davam etdirir. Biletimi göndərsələr, geri qayıdacağam. Çünki klubla müqaviləm var. Vəziyyət dəyişməsə, kluba qarşı hüquqi müstəvidə addımlar atmağa məcbur olacağam. Mən hələ də “Keşlə”nin oyunçusuyam və komandadan ayrılmaq niyyətim yoxdur”.

Qeyd edək ki, “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov mətbuata müsahibəsində komandanı özbaşına tərk edən Aleksandr Kriştovaonun göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırdığını deyib.скачать dle 11.3
Mojo.az Banner