Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:06 Telefonda icra başçısını təhqir etdi - CƏRİMƏLƏNDİ  |     23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |    

Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI

Son günlər Bakıda və digər şəhərlərdə avtomobilinə şəhid hərbçilərimizin şəkillərini vuran sürücülər DYP əməkdaşları tərəfindən saxlanılmağa başlanılıb.

Baku.ws xəbər verir ki, saxlanılan avtomobillərə baxış keçirilərkən onların üzərinə vurulan şəhidlərin şəkilləri çıxarılıb.

Məsələ həm sürücülər, həm də ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəziləri DYP əməkdaşlarını qınayır, şəhidlərin şəkillərinin çıxarılmasını pisləyir, bəziləri isə bunu təqdir edir. Bəs, görəsən, şəhid hərbçilərimizin şəkillərinin avtomobillərdən çıxarılmasının səbəbi nədir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

Qurumun şöbə rəisi, polkovnik Kamran Əliyev Baku.ws-ə bildirdi ki, bununla bağlı şəhid ailələrindən müraciətlər daxil olub: "Qəhrəman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirib, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Onun müraciəti təkcə öz oğlu ilə bağlı olmayıb. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonda yerləşdirilməsini daha uyğun hesab edib.


Bakı şəhərində bu məsələ ilə bağlı müəyyən görüşlər keçirilib. Hesab edirik ki, şəhidlərimizin şəkilləri daha möhtərəm yerlərə vurulmalıdır. Avtomobillərin üzərində şəhidlərin şəkillərinin olması o demək deyil ki, sürücülər bundan sui-istifadə edirlər. Əfsuslar olsun ki, belə sürücülər də olur. Amma şəkillərin vurulması istəkdən irəli gələn məsələdir. Şəhidə hörmət əlaməti olaraq avtomobillərə o şəkillər vurulur. Bu, qürurverici və təqdirəlayiq haldır.


Nəzərə almaq lazımdır ki, sürücü özü bilmədən də qayda pozuntusuna yol verə bilər. İndi xüsusi texniki vasitənin köməyi ilə qayda pozuntuları aşkarlanır. Təsəvvür edin ki, qayda pozan bir avtomobilin fotosu çəkilir və onun üzərində şəhidin şəkli olur. Cərimə sanksiyasını nəzərdə tutan bir sənədin üzərində şəhidin şəklinin olması yaxşı hal deyil".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 787 09.09.20 23:36