Mojo.az Banner
20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Torqovaya”nın ağır yükü: Binalar təhlükə altındadır - VİDEO

09.09.2020 19:20 1 611
“Torqovaya”nın ağır yükü: Binalar təhlükə altındadır - VİDEO
Bakının “Torqovaya” kimi tanınan Nizami küçəsində tarixi və gözoxşayan binalar təhlükə altındadır. Bu binaların üzərində tikilən yeni mərtəbələr sözün əsl mənasında şəhərin görüntüsünə xələl gətirməklə yanaşı onları təhlükə altında qoyur.

Məsələnin aktuallığını nəzərə alan Baku TV əməkdaşları sözügedən ərazidə olub.

Əslində binaların zaman-zaman yenidən qurmaya və təmirə ehtiyacı var, amma restavrasiya adı ilə yeni tikinti aparmaq problemdir. Buna səbəb bir bina tikilən zaman təməli qoyularkən onun bütün yükləri hesablanır, mövsüm dəyişkənliyinə əsasən külək və qar yükü də nəzərdə tutulmasıdır. Yəni, sonradan tikiləcək mərtəbələr binanın görüntüsünə xələl gətirməklə yanaşı orada yaşayan sakinləri də təhlükə qarşısında qoyur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu məsələ artıq onların səlahiyyətində deyil. Belə ki, Prezidentin 1 avqust 2018-ci il fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, bu tikililər 2018-ci ildən əvvələ təsadüf edir, buna görə də bu məsələnin onlara heç bir aidiyyəti yoxdur.

Nəticə olaraq, tikintinin hansı qurumun nəzarəti altında və kim tərəfindən həyata keçirildiyi naməlum olaraq qaldığı kimi, bu tikintilərin görüntünü korlayaraq, təhlükə yaratdığı halda sökülməməsi də qaranlıq məsələdir.скачать dle 11.3
Mojo.az Banner