Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılacaq

09.09.2020 17:54 1 497
Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Azərbaycan dənizçilərinin şəxsiyyət vəsiqələrinin və sertifikatlarının etibarlılıq müddətini bu ilin sonuna qədər uzadacaq.

Bu barədə agentlikdən məlumat verilib.

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, daha sonra isə 1 oktyabr 2020-ci il tarixədək artırılmışdı.

Artıq agentlik yeni koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Dövlət Dəniz Agentliyi Azərbaycan və xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinın çalışdığını nəzərə alıb, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 31 dekabr 2020-ci il tarixə qədər uzadacaq.

Qeyd edək ki, gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,

- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,

- Əmək müqaviləsinin surəti.скачать dle 11.3
Mojo.az Banner